Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” konfransında Şuşaya atılan “İskəndər-M” raketləri barədə danışıb.
Prezident deyib ki, “İskəndər” raketinin tətbiqi Azərbaycan üçün gözlənilməz oldu.
“Ermənistanın baş naziri deyəndə ki, “İskəndər” raketi atılıb və onun yalnız 10 faizi partlayıb, hamı ona gülürdü. Mən fevral ayında deməmişdim ki, onlar bunu etməyiblər. Mən demişdim ki, onu (“İskəndər” raketini) aşkarlamamışıq. Bunlar ayrı-ayrı şeylərdir”, - deyə Prezident əlavə edib.
Dövlət başçısı daha sonra bildirib:
“Keçmiş prezident, müharibə cinayətkarı, əli Xocalı qurbanlarının qanına batan Serj Sarqsyan Paşinyanı ittiham edirdi ki, “İskəndər” raketləri Azərbaycanın boru kəmərlərinə niyə atılmayıb. Ermənistanın baş qərargah rəisi “İskəndər”in atıldığını deyirdi. Onlar bununla bağlı video göstərirdilər. Mən tapşırıq verdim ki, məsələ araşdırılsın və biz onu tapdıq”.
İlham Əliyev qeyd edib ki, Azərbaycanın niyə əvvəl “İskəndər” aşkarlamamasının səbəbini də açıqlayıb:
“Şuşada qar idi, yanvarda, fevralda ora qar idi. Qar əriyəndən sonra o tapıldı”.
Prezident qeyd edib ki, Azərbaycan “İskəndər” raketinin qalıqlarını tapdıqdan sonra Ermənistanın baş qərargah rəisinin məsələyə şərh verməkdən boyun qaçırmasına toxunub:
“Biz bunu necə başa düşək? Ya “hə” ya da “yox” deyilsin”.