İlham Əliyev Erkan Özoralın fəaliyyətini yüksək dəyərləndirdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
14:20 Azərbaycan-Belarus sənədləri imzalanıb  |     14:11 Təxirə salınan Moskva konserti bu gün baş tutacaq  |     14:10 Avstraliyanın bu şəhərində niqab taxmaq qadağan edildi  |     14:10 Yeni planet kəşf olundu  |     14:07 Artilleriya bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilir - VİDEO  |     14:06 Qubadlıya ilk köçün vaxtı açıqlandı - RƏSMİ  |     14:05 10 mindən çox nikah, beş mindən çox boşanma qeydə alınıb  |     14:05 Azərbaycan əhalisinin sayı açıqlanıb  |     14:04 Bakıya yağış, rayonlara isə qar yağacaq - PROQNOZ  |     14:03 Azərbaycan XİN-dən fransalı nazirə SƏRT CAVAB  |     13:54 Sifarişlə adam oğurluğunda günahlandırılan dünya və Avropa çempionları ilə bağlı QƏRAR  |     13:53 Azərbaycanda iki institut ləğv olundu, əvəzində yeni qurum yaradıldı  |     13:09 Azərbaycanın 11 boksçusu beynəlxalq turnirdə yarımfinala yüksəlib  |     12:41 Estoniyanın keçmiş XİN və DİN rəhbərləri Rusiyada axtarışa veriliblər  |     12:40 Dövlət sərhədini pozmağa cəhd göstərən 10 nəfər saxlanılıb  |     12:39 “Kənddən şəhərə” həftəsonu yarmarkası təşkil ediləcək  |     12:38 Maska taxıb qadınların yaşadığı evlərə basqın edən şəxslə bağlı qərar açıqlandı  |     12:35 25 min məcburi köçkünün “çörəkpulu” kəsilib? - AÇIQLAMA  |     12:33 Dünya bazarında neft qiymətləri dəyişib  |     12:33 Ermənistanın qanunsuz dağ-mədən fəaliyyətini ifşa edən xəritə hazırlandı  |    

İlham Əliyev Erkan Özoralın fəaliyyətini yüksək dəyərləndirdi

“Fəaliyyət müddətində siz Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər görmüsünüz, səylər göstərmisiniz və bu gün bu əlaqələr ən yüksək zirvədədir”.

Bunu Prezident İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı qəbul edərkən deyib.

“Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaqdır, bizim qəlbimizdə yaşayacaqdır. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi”, - deyə İ.Əliyev bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələri çoxşaxəlidir.

“Siz burada fəaliyyət göstərən səfir kimi əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir”.

İlham Əliyev söyləyib ki, E.Özoralın Azərbaycandakı fəaliyyəti həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır.

“Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz.

Bütün bunları nəzərə alaraq, siz Azərbaycan dövlətinin yüksək ordeni - “Dostluq” ordeni ilə təltif edilmisiniz və istərdim ki, bu yüksək mükafatı sizə təqdim edim”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            729 10.04.21 14:42