Prezident İlham Əliyev Britaniya kraliçasına və baş nazirinə başsağlığı verib » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

Prezident İlham Əliyev Britaniya kraliçasına və baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetə başsağlığı məktubu ünvanlayıb.

Mətndə deyilir:

"Ülyahəzrət,

Həyat yoldaşınız – Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Şərəfli və ləyaqətli bir ömür yolu keçmiş Şahzadə Filip öz doğma xalqına sədaqətlə xidmət etmiş, həmişə Sizin yanınızda olmuş, ölkənizin rifahı naminə məsuliyyətli fəaliyyətinizdə Sizə dəstək vermişdir.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, ailənizin üzvlərinə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmçinin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Boris Consona da başsağlığı verib:

"Hörmətli cənab Baş nazir,

Edinburq Hersoqu, Şahzadə Filipin vəfatı xəbərini dərin kədər hissi ilə qarşıladım.

Bu ağır itki ilə əlaqədar Sizə, mərhumun ailəsinə, Birləşmiş Krallığın bütün xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            702 09.04.21 20:30