İlham Əliyev bir qrup şəxsin “Şərəf” ordeni ilə təltif edib.
AZƏRTAC məlumat verir ki, bunun bağlı Prezident Sərəncam imzalayıb.
Sərəncama əsasən, elm və təhsilin inkişafında böyük xidmətlərinə görə Kamal Mehdi oğlu Abdullayev, milli musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Mənsum İsrafil oğlu İbrahimov və elmin inkişafında böyük xidmətlərinə görə Nailə Məmmədəli qızı Vəlixanlı “Şərəf” ordeni ilə təltif ediliblər.