Dövlət başçısı: “Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |    

Dövlət başçısı: “Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir”

“Biz Füzuliyə qayıtmışıq, Füzulidə Azərbaycan bayrağı dalğalanır. Amma yol boyu dağıdılmış kəndləri, şəhəri görəndə adamın ürəyi ağrıyır. Vəhşilər bizim şəhərimizi nə günə salıblar”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərinə səfəri çərçivəsində çıxışı zamanı deyib.

İlham Əliyev deyib ki, Füzulidə bütün infrastruktur, yaşayış binaları dağıdılıb:

“Bir dənə belə olsun salamat bina qoymayıblar. Bütün dünya erməni vəhşiliyinin nə demək olduğunu görməlidir. Təkcə Füzuli yox, başqa şəhərlərimiz də bu gündədir. Ağdam şəhəri, başqa şəhərlər də elə bir gündədir ki, sanki vəhşi qəbilə keçib bu torpaqlardan.

Hər şeyi dağıdıb, talan ediblər. Bizim mədəni-tarixi irsimizi silmək istəyiblər. Amma buna nail ola bilmədilər. Çünki biz geri qayıtdıq. Onları öz torpaqlarımızdan qovduq. Necə ki, əsrlər boyu biz yaşamışıq bu torpaqlarda, bundan sonra da biz yaşayacağıq. Dağıdılmış Füzuli şəhəri erməni faşizminin canlı şahididir”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            726 17.11.20 15:20