İlham Əliyevin “La Republica” qəzetinə müsahibəsindən mühüm məqamlar - VİDEO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:06 “Apple” planşet istəyənlərə PİS XƏBƏR: Təkmilləşdirilmiş ekran olmayacaq  |     22:59 Azərbaycanlılarla taciklər arasında KÜTLƏVİ DAVA: 1 həmyerlimiz öldü  |     22:52 Bu il hər addımda şanslı olacaq BÜRCLƏR  |     22:44 “Apple” çoxdan gözlənilən cihazları mayda nümayiş etdirəcək  |     22:39 Ana 3 yaşlı qızını caduya görə öldürdü  |     22:31 Bakının bu rayonunda bu gecədən qaz kəsiləcək  |     22:26 İmişli-Biləsuvar yolunda “Prado” aşıb, ölənlər və xəsarət alanlar var  |     22:15 Elektron siqaretlərlə bağlı xəbərdarlıq – “Xərçəngə səbəb olur”  |     22:08 Əcnəbilər yalnız biometriya ilə sim-kart əldə edə biləcək  |     22:02 Pilləkənlərlə qalxmaq ömrü uzadır  |     21:55 Girişində “7/24” yazılan bəzi apteklər gecələr niyə işləmir? – AÇIQLAMA  |     21:49 Avtobusların arxasında “gizlənən” sürücülər - VİDEO  |     21:37 Moskva aeroportunda partlayış təhlükəsi elan edilib  |     21:31 40 azn rüsumu olan sağlamlıq arayışı mayın 1-dən kimlərə pulsuz veriləcək? - VİDEO  |     21:18 İstirahət günü hava necə olacaq?  |     21:01 ABŞ Gürcüstana qarşı siyasətində dəyişiklik edəcəyini açıqladı  |     20:55 Cəlilabadda minik avtomobili yanıb  |     20:46 Zəngəzurda İrana məxsus avtobus qəzaya uğrayıb, ölənlər və yaralananlar var  |     20:38 Azərbaycanda geostasionar orbitlərdəki peyk rabitəsi vasitələrini özəlləşdirməyə icazə verilib  |     20:31 Qəzzada ölənlərin sayı 34 388 nəfərə çatıb  |    

İlham Əliyevin “La Republica” qəzetinə müsahibəsindən mühüm məqamlar - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində mühüm məqamlara toxunub.

Prezident İlham Əliyev ordumuzun həyata keçirdiyi əks-hücum əməliyyatının “Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək” məqsədi daşıdığını deyib.

Ali Baş Komandan bildirib ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edir, Azərbaycan öz ərazisində döyüşür, biz təcavüzkar deyilik, biz başqa ölkələrə hücum etmirik:

“Ona görə də, toqquşmaların ilk saatlarından başlayan və indiyədək davam edən bu siyasi dəstək münaqişənin həlli üçün mühüm əhəmiyyət kəsb edir”.

Əslində dövlət başçısı dəfələrlə ona bu istiqamətdə ünvanlanan suallara cavabı dəyişməz qalıb.

Bəli, biz bu gün öz doğma, düşmən tapdağı altında olan yurdlarımızdan erməniləri qovuruq. Özü də yüksək məharət və peşəkarlıqla!

Millət vəkili Jalə Əliyeva məsələ ilə bağlı Baku TV-yə bildirib ki, Azərbaycan özgəsinin torpağında müharibə aparmır:

“Ən ümdəsi Azərbaycan qarşı tərəfin dinc əhalisini, mülki insanlarını qətlə yetirmir. Bəli, biz bu gün qisasımızı alırıq. Amma düşmən torpağında deyil, öz torpağımızda”.

Millət vəkili Arzu Nağıyev Baku TV-yə məsələ ilə bağlı qeyd edir ki, bu gün müharibə tək səngərlərdə getmir, eyni zamanda informasiya müharibəsi, diplomatik müharibə gedir:

“Nə qədər ermənilər özlərinin lobbiçiliyindən istifadə eləsələr də, birmənalı şəkildə aydındır ki, Azərbaycan haqq işindədir, Qarabağ Azərbaycan torpaqlarıdır.”скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            636 05.11.20 17:16