İlham Əliyev: “Region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq” » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:24 Sumqayıtda və Sarayda bu tarixdə 549 mənzil kirayə üsulu ilə satışa çıxarılır – Aylıq ödəniş 448 manatdan  |     21:19 Məhkəmədə kredit öhdəliyinin olduğunu sübut etmək vəzifəsi kimin üzərinə düşür? – Ali Məhkəmədən qərar  |     21:16 "AZ Alkmaar" klubu "Qalatasaray" azarkeşlərinə şərt qoydu  |     21:08 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |    

İlham Əliyev: “Region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq”

“Bir aydan çoxdur ki, müharibə gedir. Biz işğalçılara dərs veririk, onları torpaqlarımızdan qovuruq”.

Bunu bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Baş katibini, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidentini, Özbəkistanın Ticarət və Sənaye Palatasının sədrini və Qırğızıstanın Ticarət və Sənaye Palatasının prezidentini qəbul edən zaman bildirib.

Prezident qeyd edib ki, Azərbaycan ordusu artıq bir çox yaşayış məntəqəsini işğaldan azad edib:

“Hər həftə onlarla yaşayış məntəqəsi - kəndlər, şəhərlər, qəsəbələr işğalçılardan azad edilir. Müzəffər Azərbaycan ordusu öz uğurlu əməliyyatlarını davam etdirir. İşğal edilmiş ərazilərdə vəziyyət acınacaqlıdır. Tarixi abidələrimiz dağıdılıb, təhqir edilib”.

“Döyüş meydanında qarşımızda dayana bilməyən Ermənistan silahlı qüvvələri hər gün şəhər, kəndlərimizi atəşə tutur. Bir ay ərzində hücumlar nəticəsində 91 mülki şəxs həlak olub, onlardan 10-u uşaqdır”, - deyə dövlət başçısı qeyd edib.

Prezident əlavə edib ki, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin belini qırırıq:

“Heç kim bizim qarşımızda dayana bilməz və bu yoldan çəkindirə bilməz. Ermənistan atəşi dayandırsa, qalan torpaqlarımızdan qoşunlarının çıxarması ilə bağlı konkret öhdəliyi üzərinə götürsə, dayanmağa hazırıq”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            741 02.11.20 15:53