“Həlak olanların cəsədlərinin və hərbi əsirlərin dəyişdirilməsi barədə biz Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) dəfələrlə müraciət etsək də, erməni tərəfi imtina edib”.
APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter” hesabında yazıb.
“Ona görə qərar qəbul etdik ki, onlar birtərəfli qaydada Ermənistana verilsin”, - deyə dövlət başçısı bildirib.