İlham Əliyev Türkiyə prezidentinə və xalqına təşəkkür etdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
20:43 Azərbaycan Moskvanı "Mandarin" müsabiqəsi üçün sitrus meyvələri ilə təmin edəcək  |     20:27 Yaponiyada güclü zəlzələ baş verib  |     20:14 Nazirlə komitə sədri arasında MÜBAHİSƏ: "İki inək verirlər, üç gün sonra ölür"  |     19:14 Azərbaycanla iki ölkə arasında viza rejimi qismən ləğv olunur  |     19:12 Yasamalda 14 yaşlı qız özünü binadan atdı  |     18:56 "Kürd Elnur" yenidən hakim QARŞISINDA  |     18:32 Pensiyaların hesablanmasında yenilik təklif edilib  |     18:05 Bir neçə ay əvvəl tutulan narkotacir HƏBSXANADA ÖLDÜ  |     17:18 Keçmiş rəis müavini və onunla birgə ittiham olunan iki nəfərin YARIM MİLYONLUQ CİNAYƏT İŞİ  |     17:17 AFFA Premyer Liqa klublarına cəzalar yağdırdı  |     16:57 Sərnişinlərin NƏZƏRİNƏ: Bakı metrosunda qatarlar "Əhmədli" stansiyasına qədər hərəkət edəcək  |     16:52 Narkotik vasitənin təsiri altında qəza törədən sürücü həbs olundu  |     14:16 53 nəfərin əmək müqaviləsinə qanunsuz xitam verilib - RƏSMİ  |     14:11 Moskvada MDB ölkələrinin təhlükəsizlik orqanları rəhbərlərinin XX iclası işə başlayıb  |     14:03 Azərbaycan gömrükçüləri diş məcunu qabından narkotik vasitə aşkar ediblər  |     13:53 Bakıda sabiq rəis həbs edildi  |     13:47 Tanınmış alim vəfat etdi  |     13:44 İlon Mask Angela Merkeli təhqir etdi  |     13:40 Azərbaycanda 38 kişi məişət zorakılığına MƏRUZ QALIB  |     13:37 Qaxda üç yaşlı uşaq dərmandan zəhərləndi  |    

İlham Əliyev Türkiyə prezidentinə və xalqına təşəkkür etdi

Prezident İlham Əliyev Türkiyənin dövlət başçısı Rəcəb Tayyip Ərdoğana Azərbaycana dəstəyinə görə məktub göndərib.

Bu barədə AZƏRTAC xəbər verir.

Məktubda bildirilir:

“Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata əl atmışdır. Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Bu təxribat nəticəsində indiyə kimi hərbçilərimiz, 19 mülki şəxs, o cümlədən iki uşaq həlak olmuş, 55 mülki şəxs yaralanmışdır. Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlamışdır.

Ermənistan ilk dəfə deyil ki, Azərbaycana qarşı hərbi təxribata əl atır. İyul-avqust aylarında törədilmiş hərbi təxribatlar, Azərbaycanın işğal olunmuş ərazilərində xarici ölkə vətəndaşlarının qeyri-qanuni məskunlaşdırılması Ermənistanın öz təcavüzkar siyasətindən əl çəkmədiyini göstərir. Ermənistan rəhbərliyi “Dağlıq Qarabağ Ermənistandır və nöqtə” kimi bəyanatlarla danışıqlar prosesini mənasız etmişdir.

Ermənistanın Azərbaycana qarşı növbəti hərbi təxribatının ilk saatlarından etibarən qardaş Türkiyə Respublikası bütün səviyyələrdə bu xain təcavüz aktını qətiyyətlə pisləmişdir. Sizin məsələyə dair çox açıq və sərt bəyanatlarınız bir daha Azərbaycanın öz haqq işində yalnız olmadığını göstərmişdir. Türkiyənin müvafiq dövlət qurumlarının rəhbərləri, parlament üzvləri və ictimaiyyət nümayəndələri də məsələyə qəti və birmənalı münasibət bildirmişdilər. Mən hər gün türk qardaşlarımızdan çoxsaylı dəstək məktubları alıram.

Bütün bunlar Azərbaycan-Türkiyə birliyinin növbəti bariz nümunəsidir və Azərbaycan xalqı tərəfindən ən yüksək şəkildə qiymətləndirilir. Bu dəstəyə görə Sizə və qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından təşəkkür edirəm.

Əziz Qardaşım,

Üzvü olduğumuz Türk Şurası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həll olunmasının vacibliyi ilə bağlı sentyabrın 28-də bəyanat qəbul etmişdir. Bu bəyanata görə də Sizə öz minnətdarlığımı bildirirəm.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram”.


скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            804 03.10.20 21:22