Lotoreyada milyonlarla Kanada dolları udan qalib Efiopiyada müəmmalı şəkildə ölüb.
Bu barədə “CBC News” xəbər yayıb.
Maykl Qebru Efiopiyada doğulub və böyüyüb. O, daha sonra Kanadaya gedib, viza alıb və burada zavodda işləməyə başlayıb. 2017-ci ildə isə işsiz qalıb. İşdən qovulduqdan sonra lotereya bileti alıb və 10,7 milyon Kanada dolları (13,7 milyon manat) qazanıb.
Qebru jurnalistlərə ev almaq və Yamaykanı ziyarət etmək istədiyini deyib. Bundan əlavə, o, qazandığı sərvəti başqalarının da rifahı üçün xərcləməyi düşünüb:
“Mən həmişə lotereya qazansam, ehtiyacı olanlara kömək edəcəyimi deyirdim”.
Qohumları Qebranın sözünü tutduğunu təsdiqləyiblər. Belə ki, milyonçu olandan sonra o, tez-tez Efiopiyada olur, keçmiş həmvətənlərinin həyatını yaxşılığa doğru dəyişməyə çalışırdı.
Təxminən iki həftə əvvəl Qebra yenidən Afrikaya gedib və bir neçə gün sonra Kanadadakı qohumları onun ölüm xəbərini alıblar. Onlar Qebranın pula görə öldürüldüyünü düşünür və Kanadanın Efiopiyadakı səfirliyindən kömək gözləyirlər.