Bakı Ağır Cinayətlər Məhkəməsində Şabran rayon sakini Fərid Musayevin (1997-ci il təv.) CM-nin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, hadisə bu il yanvarın 30-da rayon ərazisindəki "Aygünlü" Ticarət Mərkəzinin qarşısında baş verib. Aygünlü kənd sakini Elçin Şükürov (1986-cı il təv.)
kəsilmiş-deşilmiş yaraları ilə Şabran rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və həkimlər tərəfindən həyatı xilas edilib.
Müəyyən edilib ki, yanvarın 30-u axşam saat 17 radələrində Fərid Musayev qısqanclıq zəminində öldürmək məqsədi ilə Elçin Şükürovu bıçaqlayıb. Lakin ətrafdakı vətəndaşların müdaxiləsi nəticəsində onun niyyəti baş tutmayıb. Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, hadisə yerinə baxış keçirilib, cinayətin aləti olan bıçaq götürülüb,
F. Musayev şübhəli şəxs qismində tutulub.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.