Bakıda iki nəfəri bıçaqlamaqda təqsirli bilinən Mahir Nemətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Median.Az xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, M.Nemətov 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə bu ilin aprelində Nizami rayonu, Bəkir Çobanzadə küçəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü M.Nemətov keçmiş həyat yoldaşı ilə yeni ailə quran 1995-ci il təvəllüdlü Azad Ağayevlə əlbəyaxa dava edərək onu bıçaqlayıb.
Daha sonra M.Nemətov keçmiş qayınatası 1957-ci il təvəllüdlü Əhmədov Fətulla Möhübbət oğluna da bıçaqla xəsarət yetirib.
Yaralılar dərhal xəstəxanaya çatdırılıb.
Hər iki yaralının həyatını xilas etmək mümkün olub. M.Nemətov isə polis əməkdaşları tərəfindən saxlanılıb.