Median.Az xəbər verir ki, Xəzər RPİ 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində 4 evdən pul, qızıl-zinət əşyaları, mobil telefon və təmir-tikinti alətləri oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olmuş A.Mirzəyev saxlanılıb.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.