Median.Az xəbər verir ki, Səbail RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evdən 1000 manat, 14900 dollar, geyim və məişət əşyaları oğurlayan Şirvan rayon sakini, əvvəllər məhkum olunmuş M.Zülfüqarov saxlanılıb.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.