Median.Az xəbər verir ki, Xəzər RPİ-nin 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini Ş.Əliyev saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 1,8 kq-dan artıq heroin götürülüb.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 234.4.3-cü (qanunsuz olaraq narkotikləri külli miqdarda satış məqsədi ilə əldə etmə və saxlama) maddəsi ilə cinayət işi başlanılıb.