Median.Az xəbər verir ki, Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhər sakini S.Piriyevə məxsus avtomobildən, içərisində 140 manat, şəxsiyyət vəsiqəsi və avtomobilin sənədləri olan pulqabısını oğurlayan paytaxt sakini S.Həsənov saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə istintaq aparılır.