Median.Az xəbər verir ki, Xətai RPİ 36-cı polis bölməsi və DİN Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində sentyabrın 1-də Bakı şəhər sakini G.Cahangirovanın çantasını soyğunçuluq yolu ilə ələ keçirən paytaxt sakini, əvvəllər məhkum olunmuş R.Əliyev saxlanılıb.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.