Median.Az xəbər verir ki, avqustun 30-u gecə saat 1 radələrində Mərdəkan qəsəbəsində, Bakı şəhər sakini F.Məmmədov idarə etdiyi “Volkswagen” markalı avtomobili yol ayırıcısına vurub.
Nəticədə sərnişini İ.Şükürlü hadisə yerində ölüb, sürücü isə xəstəxanaya yerləşdirilib.
Xəzər RPİ-də faktla bağlı araşdırma aparılır.