Median.Az xəbər verir ki, Binəqədi RPİ 4-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avqustun 29-da M.Ə.Rəsulzadə qəsəbəsi ərazisindəki MMC-nin dayanacağından soyğunçuluq yolu ilə velosiped aparan Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Rzayev saxlanılıb.
Bundan başqa, Yasamal RPİ 29-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Məmmədovanın qızıl boyunbağısını soyğunçuluq yolu ilə ələ keçirən Kürdəmir rayon sakini V.Əmirov saxlanılıb.
Faktlarla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işləri başlanılıb.