Median.Az xəbər verir ki, avqustun 29-da Şənlik kəndində yaşayan N.Bayramovun evinə gəlmiş Xocavənd kənd sakini olan kürəkəni
R.Quliyev münaqişə zəminində orada olan arvadı V.Quliyevaya bıçaqla xəsarət yetirib.
Nəticədə qadın xəstəxanaya yerləşdirilib.
Ağcabədi RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Quliyev saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.