Median.Az xəbər verir ki, avqustun 24-də naməlum şəxs Nəsimi rayonu ərazisində kirayədə yaşayan Sumqayıt şəhər sakini S.Canımovaya bıçaqla xəsarət yetirib.
Nəsimi RPİ 19-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini A.Qurbanlı tutulub.
Araşdırma zamanı onun, avqustun 19-da Abşeron rayon sakini M.Alının baş nahiyəsinə şüşə qabla xəsarət yetirərək, quldurluq yolu ilə
70 manat pulunu, mobil telefonunu və qızıl əşyalarını alması məlum olub.
Nəsimi RPİ İstintaq şöbəsində faktla bağlı cinayət işi başlanılıb.