Gəncə sakini, paytaxtın Nəsimi rayonunda kirayə yaşayan 1977-ci il təvəllüdlü A.B. qeyri-rəsmi birgə yaşadığı şəxs tərəfindən bıçaqlanıb.
AZXEBER.COM daxil olan məlumata görə, o, bununla bağlı Nəsimi rayon polis şöbəsinə müraciət edib. Bildirib ki, avqustun 24-də kirayə yaşadığı evdə, 1999-cu il təvəllüdlü, Yasamal rayon sakini Aslan Qurbanlı ona bıçaqla çoxsaylı xəsarət yetirib.
Belə ki, A. Qurbanlı sevgilisindən ona su verməsini istəyib. Qadın suyu vermədiyinə görə, A. Qurbanlı ona bıçaqla hücum edib. Nəticədə kürək nahiyəsindən, döş qəfəsindən, baş və yanaq nahiyəsindən xəsarət yetirərək evi tərk edib.
Xəsarət alan qadın isə 1 saylı Klinik Tibbi Mərkəzə müraciət edib. O, hadisə vaxtı evdə ikisinin olduğunu qeyd edib. Q. Aslanın tapılması istiqamətində Nəsimi rayon polis şöbəsində əməliyyat axtarış tədbirləri davam etdirilir.