Bakıda qəsdən sağlamlığa zərər vurmaqda təqsirli bilinən Elməddin Tağıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Median.Az xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Rahib Salmanovun icraatına verilib.
Məhkəmə hazırlıq iclası sentyabr ayının 2-nə təyin olunub.
Qeyd edək ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.
Binəqədi şosesində yerləşən "Aşıqlar" kafesində Bakı şəhər sakini Tağıyev Elməddin Tağı oğlu Həsənov Samir Zamin oğlu ilə mübahisə edib.
Mübahisə dava ilə nəticələnib və nəticədə E.Tağıyev S.Həsənovu kafenin qarşısında bıçaqlayıb.
Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Elməddin Tağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Ona qarşı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət ittiham elan edilib.//ölkə.az