Median.Az xəbər verir ki, Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki
3 mağazadan 40 manat pul, tütün məmulatı və spirtli içki oğurlayan şəhər sakini olan yeniyetmə saxlanılıb.
Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.