Median.Az xəbər verir ki, avqustun 15-i gecə saat 1 radələrində naməlum şəxslər Bakıxanov qəsəbəsində əcnəbi vətəndaşı döyüb 70 manat pulunu və mobil telefonunu alıblar.
Sabunçu RPİ 13-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Y.Heydərov və əvvəllər məhkum olunmuş Y.Novruzov saxlanılıblar.
Faktla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.