Median.Az xəbər verir ki, Xətai RPİ 34, 35 və 36-cı polis bölmələri əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da rayon ərazisində 2 avtomobildən 2800 manat pul, 2 ədəd mobil telefon və sənəd oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Cəlilov saxlanılıb.
Araşdırma zamanı onun, rayon ərazisindəki daha 6 avtomobildən pul, sənəd, videoqeydiyyat qurğusu, akkumulyator və kosmetik əşyalar oğurlaması məlum olub.
Xətai RPİ İstintaq şöbəsində CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.