Tovuz rayonunda oğul atasını qətlə yetirib.
Median.Az-ın Baku.ws-ə istinadən verdiyi məlumata görə hadisə rayonun Aşağı Quşcu kəndində qeydə alınıb. 1959-cu il təvəllüdlü Məsimov Rasim pensiya kartına görə atası Müzəfər Məsimovu qətlə yetirib.
İlkin məlumatlara görə təqaüt kartı oğulda olub. Atası M.Məsimov kartı istəyib. R.Məsimov bundan əsəbləşib. Daha sonra həyətlərindəki çəkiclə atasının baş nahiyyəsinə 5 zərbə endirib. Nəticədə yaşlı kişi hadisə yerindəcə keçinib. Oğul isə hadisə yerini tərk edib.
Hazırda həmin şəxsin tutularaq istintaqa təhvil verilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.