Median.Az xəbər verir ki, avqustun 20-də Nərimanov rayonunun T.Şıxəliyev küçəsində yerləşən avtoservisdən “Niva” markalı avtomobil qaçırılıb.
Avtomobilin həmin gün Təbriz küçəsində saxlanılması, sürücünün isə hadisə yerindən qaçması məlum olub.
Nərimanov RPİ 18-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində avtoservisin işçisi, Saatlı rayon sakini T.Qasımov saxlanılıb.
Araşdırma aparılır.