Median.Az xəbər verir ki, avqustun 19-da Şüvəlan qəsəbəsində yerləşən marketlərin birindən 640 manat dəyərində ərzaq məhsulları oğurlanıb.
Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Oğuz rayon sakini, əvvəllər məhkum olunmuş Z.İsmayılov saxlanılıb, cinayətdə iştirak edən daha bir nəfərin şəxsiyyəti müəyyən edilib.
Araşdırma zamanı onun, həmin gün rayon ərazisindəki daha bir marketdən 570 manat dəyərində ərzaq məhsulları oğurlaması məlum olub.
Faktla bağlı CM-nin 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.