Median.Az xəbər verir ki, avqustun 18-də Biləcəri qəsəbəsi ərazisində, qəsəbə sakini E.Qasımovun idarə etdiyi “Mercedes” markalı avtomobilə sərnişin qismində əyləşən naməlum şəxs, düşərkən salondakı 15 manat pulu soyğunçuluq yolu ilə ələ keçirib.
Binəqədi RPİ 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş F.Xalıqov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.