Median.Az xəbər verir ki, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də və 16-da rayon ərazisindəki 1 mağazadan pul, danışıq kartları və tütün məmulatı, 3 evdən pul, qızıl əşyalar, noutbuk və 2 ədəd mobil telefon oğurlayan əvvəllər məhkum olunmuşlar, Quba rayon sakini R.Quliyev və Beyləqan rayon sakini B.Nərimanov saxlanılıblar.
Araşdırma zamanı onların, Mehdiabad qəsəbəsindəki evlərin birindən 200 manat pul, qol saatı və gümüş əşya oğurlamaları müəyyən edilib.
Abşeron RPİ İstintaq şöbəsində CM-nin 177.2.1 (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 177.2.2-ci (oğurluq, təkrar törədildikdə) maddəlləri ilə cinayət işi başlanılıb.