Median.Az xəbər verir ki, Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 21-də Gəncə şəhər sakini A.Əliyevin mobil telefonunu aldatma yolu ilə ələ keçirən həmyerlisi Z.Nuriyev saxlanılıb.
Araşdırma zamanı onun, Gəncə şəhər sakinləri olan daha 2 nəfərin mobil telefonlarını oğurlaması, habelə 6 nəfərə qarşı dələduzluq etməsi də
müəyyən edilib.
Faktla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb.