Median.Az xəbər verir ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi (BNMİ) əməkdaşlarının Binəqədi rayonunda keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Bayramovdan 0,565 qram metamfetamin götürülüb.
Saxlanılan şəxsə məxsus “Opel” markalı avtomobilə baxış zamanı əlavə olaraq 1 kq-dan artıq metamfetamin aşkar edilib.
Faktla bağlı cinayət işi başlanılıb.