Median.Az xəbər verir ki, avqustun 16-na keçən gecə Gəncə şəhəri ərazisində, naməlum şəxs şəhər sakini A.Cəfərovun, içərisində 40 manat pul, mobil telefon və 8 ədəd spirtli içki olan çantasını soyğunçuluq yolu ilə ələ keçirib.
Kəpəz RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş T.Baxşıyev saxlanılıb.
Faktla bağlı CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.