Median.Az xəbər verir ki, avqustun 15-də Dalğalı kəndi ərazisində Bakı şəhər sakini Tərlan İbrahimovun üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Xaçmaz RPŞ və rayon prokurorluğu əməkdaşlarının təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində, həmin gün qeyd edilən kəndin ərazisində T.İbrahimovla Nabran qəsəbə sakini T.Mürsəlov arasında münaqişə baş verməsi və sonuncunun daşla vurub, onu öldürməsi müəyyən edilib.
Xaçmaz rayon prokurorluğunda CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.