Median.Az xəbər verir ki, avqustun 15-də Kəpənəkçi kəndi ərazisində, kənd sakini Telman Hacıyevin üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Zaqatala RPŞ və rayon prokurorluğu əməkdaşlarının birgə keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri nəticəsində T.Hacıyevi münaqişə zəminində döyərək, qətlə yetirən Qandax kənd sakini, əvvəllər məhkum olunmuş K.Kərimov saxlanılıb.
Faktla bağlı CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.