Median.Az xəbər verir ki, Xaçmaz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 12-də şəhər ərazisində, Hacıəlibəy kənd sakini E.Mürsəliyevin 445 manat pulunu quldurluq yolu ilə ələ keçirən şəhər sakini V.Məmmədov saxlanılıb.
Xaçmaz RPŞ İstintaq bölməsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.