Median.Az xəbər verir ki, avqustun 13-də Nəsimi rayonu ərazisində, naməlum şəxs Bakı şəhər sakini N.Ələsgərovaya zor tətbiq edib mobil telefonunu, habelə içərisində 30 manat və bankomat kartları olan pul kisəsini alıb.
Nəsimi RPİ 19-cu polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ucar rayon sakini S.İsmayılov saxlanılıb.
Bundan başqa, avqustun 12-də rayon ərazisində, naməlum şəxs azyaşlının velosipedini soyğunçuluq yolu ilə ələ keçirib. Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakini K.Gülmalıyev saxlanılıb.
Faktlarla bağlı CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işləri başlanılıb.