Median.Az xəbər verir ki, avqustun 13-də Yuxarı Kəbirli kəndi ərazisində, kənd sakinləri E.Mürşüdov, onun qardaşı Şəmistan ilə S.Qasımov və M.Yusifov arasında baş vermiş dava zamanı E.Mürşüdov bıçaqla S.Qasımova və M.Yusifova xəsarətlər yetirib.
Nəticədə S.Qasımov hadisə yerində ölüb, M.Yusifov isə xəstəxanaya yerləşdirilib.
Beyləqan RPŞ və rayon prokurorluğu əməkdaşlarının təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Mürşüdov və Ş.Mürşüdov saxlanılıblar.
Faktla bağlı cinayət işi başlanılıb.