Tərtər rayonunda bir neçə gün əvvəl evə basqın edərək ev sahibinə işgəncə verən şəxs saxlanılıb.
Ağdam sakini avqustun 5-də rayon ərazisindəki evlərdən birinə girərək ev sahibinə qarşı elektroşok tətbiq edib.
Ev sahibinin səs-küyə gəlmiş atası müqavimət göstərdiyindən cinayətkar hadisə yerini tərk edib.
Axtarış nəticəsində Ağdam rayon sakini V.Əliyev saxlanılıb. Onunla birlikdə olan daha iki nəfərin də şəxsiyyətləri müəyyən edilib.
Faktla bağlı araşdırma davam edir.
/oxu.az/