Median.Az xəbər verir ki, Səbail RPİ 39-cu polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, avqustun 9-da rayon ərazisində əcnəbi vətəndaşın, içərisində 200 manat pul, 2 ədəd pasport və bank kartı olan pul kisəsini açıq talama yolu ilə ələ keçirən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Mustafayev saxlanılıb.
Səbail RPİ İstintaq şöbəsində CM-nin 180-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.