Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 10-da rayon ərazisindəki evdən 2 ədəd mobil telefon, içərisində 7000 manat, sənəd və bankomat kartı olan pul kisəsini quldurluq yolu ilə ələ keçirən paytaxt sakini S.Tağıyev saxlanılıb.
Cinayətdə iştirak edən digər şəxsin şəxsiyyəti müəyyən edilib, onun axtarışı aparılır.
Nəsimi RPİ İstintaq şöbəsində CM-nin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb.