Median.Az xəbər verir ki, Suraxanı RPİ 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 18-də rayon ərazisindəki evdən 800 manat və 1400 dollar oğurlayan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş R.Həsənov və X.Quliyev saxlanılıblar.
Suraxanı RPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.