Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi və Metropolitendə polis şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində avqustun 5-də əcnəbi vətəndaşa məxsus, içərisində 450 manat pul, mobil telefon, maşın açarı və sənəd olan çantanı oğurlayan Bakı şəhər sakini E.Ələsgərov saxlanılıb.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.