Median.Az xəbər verir ki, Sumqayıt ŞPİ 4-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində may-iyul ayları ərzində, şəhər ərazisindəki 7 avtomobildən, habelə 2 evdən pul, mobil telefon və məişət əşyaları oğurlayan şəhər sakini, əvvəllər məhkum olunmuş E.Nəsrullayev və Bakı şəhər sakini olan yeniyetmə saxlanılıblar.
ŞPİ İstintaq şöbəsində CM-nin 177.2.1-ci (oğurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.