Median.Az xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının Bakı şəhərində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 28-də rayon ərazisindəki avtomobildən pasport, mobil telefon, 10000 manat dəyərində qızıl və gümüş əşyalar oğurlayan Masallı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Səmədov saxlanılıb.
RPŞ İstintaq bölməsində CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.