Median.Az xəbər verir ki, Nəsimi RPİ 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 4-də rayon ərazisindəki mağazadan 1800 manat və 14432 manat dəyərində mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Delili saxlanılıb.
Nəsimi RPİ İstintaq şöbəsində faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.