Median.Az xəbər verir ki, Yasamal RPİ 28-ci polis bölməsi və DİN Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 5-də rayon ərazisindəki aptekdən 1266 manat pul oğurlayan Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş P.Axundov saxlanılıb.
Araşdırma zamanı onun, avqustun 6-da rayon ərazisindəki daha bir aptekdən 230 manat pul və mobil telefon oğurlaması müəyyən edilib.
Faktla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.