Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən iyulun 24-də rayon ərazisindəki evdən mobil telefon oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş N.Məmmədova saxlanılıb.
Bundan başqa, 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il mayın 5-də rayon ərazisindəki evdən soyuducu, kondisioner mühərriki və geyim əşyaları oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ş.Rəcəbov saxlanılıb.
Faktlarla bağlı araşdırmalar aparılır.