Median.Az xəbər verir ki, Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, iyulun 19-da Bakı şəhər sakini E.Məmmədovun mobil telefonunu soyğunçuluq yolu ilə ələ keçirən paytaxt sakini O.Seyidzadə saxlanılıb.
Xəzər RPİ İstintaq şöbəsində CM-nin 180.1-ci (soyğunçuluq) maddəsi ilə cinayət işi başlanılıb.